BDU-da professor Məsud Arif oğlu Əfəndiyevlə tələbələrin görüşü olub

26/04/2014

24 aprel 2014-ci ildə BDU-da A.Fon Humboldt mükafatına layiq görülmüş görkəmli Azərbaycan riyaziyyatçısı professor Məsud Arif oğlu Əfəndiyevlə tələbələrin görüşü olub. Görüşü giriş sözu ilə BDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru professor Audın Kazımzadə açaraq qonağı BDU-da salamladı və onun elmi fəaliyyəti ilə görüş iştirakçılarını tanış edib. Professor Aydın Kazımzadə bildirib ki, professor Məsud Əfəndiyev bizim Universitetin tələbəsi olub, sonra təhsilini Lomonosov adına MDU-da davam etdirib. O 23 ildir ki, Almaniyada yaşayır, müxtəlif universitetlərdə dərs deyir, H.Helmholts adına Münhen Elmi Tədqiqat Mərkəzində şöbə müdiri işləyir. Professor Məsud Əfəndiyev müxtəlif sanballı jurnallarda dərc olunmuş 200-dən çox elmi məqalənin müəllifidir, on aparıcı beynəlxalq jurnalın redaksiya şuralarının üzvü olmaqla bərabər, İnternational Journal of Biomathematics and Biostatistis jurnalını baş redaktoru və Yaponiya, ABŞ, Almaniya və İsveçrədə nəşr olunan beş monoqrafiya müəllifidir. Sonra söz professor Məsud Əfəndiyevə verilib. O, müasir riyaziyyatın digər elmlərlə əlaqəsi ilə, riyazi modelləşdirmənin bir çox bəşəriyyəti maraqlandıran problemlərə tətbiqi və alınan və gözlənilən nəticələrlə bağlı çox maraqlı məruzə edib. Məruzə ətrafında dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirildi. Görüşdə Fizika fakültəsinin, Mexanika və Riyaziyyat fakültəsinin və Tətbiqi Riyaziyyat və kibernetika fakültəsinin dekan, dekan müavinləri və müəllimləri də iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 26 aprel 2014-cü il.

Xəbərlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026