BDU-da professor Əsməd Muxtarovanın 80 illik yubileyi qeyd olunub

04/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Türk xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Əsməd Muxtarovanın 80 illik yubileyinə həsr olunmuş “Ortaq türk tarixinin tədqiqi, tədrisi, təbliği məsələləri istiqamətində professor Əsməd Muxtarovanın fəaliyyəti” adlı tədbir keçirilib.

Əvvəlcə yubilyara həsr edilmiş “Tarixçi ömrünün tarixə dönmüş səhifələri” adlı videotəqdimat nümayiş olunub.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, professor Əsməd Muxtarova Azərbaycan və türk xalqlarının tarixinin tədqiqi, öyrənilməsi və ölkəmizdə yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm xidmətlər göstərib. O, professor Əsməd Muxtarovanın həyat və fəaliyyətinin ötən əsrin 60-cı illərinin sonundan BDU ilə bağlandığını, onun türk xalqlarının dövlətçilik, qədim dövr və orta əsrlər tarixinin öyrənilməsində xüsusi rolu olduğunu xatırladıb. Rektor Əsməd Muxtarovanı yubileyi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov “Türk xalqları tarixi kafedrası professor Əsməd Muxtarovanın rəhbərliyi dövründə” mövzusunda məruzə ilə çıxış edib.

BDU-nun Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, akademik Yaqub Mahmudov, Milli Məclisin vitse spikeri, tarix elmləri doktoru, professor Fəzail İbrahimli çıxışlarında professor Əsməd Muxtarovanın həyat yolu və elmi yaradıcılığının müxtəlif aspektlərindən danışıb, görkəmli alimə təbriklərini çatdırıblar.

Tədbirdə Türk xalqları tarixi kafedrasının professoru, “Tarix və onun problemləri” jurnalının baş redaktorunun müavini, tarix elmləri doktoru İsmayıl Məmmədovun ““Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnalın təsisçisi və baş redaktoru professor Əsməd Muxtarova”, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayevin “İxtisaslı gənc kadrların hazırlanması sahəsində professor Əsməd Muxtarovanın fəaliyyəti”, Slavyan ölkələri tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sevda Hüseynovanın “Türk dünyası inteqrasiya prosesləri baxımından professor Əsməd Muxtarovanın fəaliyyəti”, Türk xalqları tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sənubər İsmayılovanın “Professor Əsməd Muxtarovanın timsalında Azərbaycan qadını” adlı məruzələri dinlənilib. Həmçinin AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Türkiyənin Uludağ Universitetinin Siyasi tarix kafedrasının müdiri, professor Barış Özdal,  2019-2022-ci illərdə Əsməd Muxtarovanın doktorantı olan və tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini uğurla müdafiə edən, hazırda Ankara Hacı Bayram Vəli Universitetində çalışan Oğuz Bayrakdar yubilyara videotəbriklərini çatdırıblar.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025