BDU-da Vladimir Tahirovun 80 illiyi qeyd olunub

29/11/2012

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmlər doktoru, professor Vladimir Tahirovun 80 illik yubiley mərasimi keçirilib.

Yubiley mərasimini giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov deyib ki, professor Vladimir Tahirov görkəmli alim olmaqla yanaşı, həm də gözəl pedaqoqdur. Uzun illər ərzində o, tələbələrə «Yarımkeçiricilər fizikası» və «Ümumi fizika» kursu üzrə yüksək səviyyəli mühazirələr oxuyur, geniş miqyaslı tədris-metodiki işlər aparır. O, «Ümumi fizika» kursuna və yarımkeçiricilər fizikasına aid 10 dərslik, 6 monoqrafiya və 35-dən artıq patentin müəllifidir. Bu illər ərzində o, sanballı xarici jurnallarda 400-dən artıq elmi məqalə çap etdirib, bir sıra beynəlxalq konfranslarda məruzə ilə çıxış edib və Azərbaycan elminin təbliği sahəsində gərgin əmək sərf edib. Apardığı elmi, pedaqoji və ictimai fəaliyyəti daima ictimaiyyətin diqqət mərkəzində olub və yüksək qiymətləndirilib.

Rektor onu da deyib ki, V.İ.Tahirov görkəmli elmi nailiyyətlərinə görə 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib  və 2012-ci ildə Avropa Mətbuat və Yayım evi tərəfindən qızıl medalla mükafatlandırılıb.

Sonra yubilyarın elmi, pedaqoji fəaliyyəti haqda fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov məruzə edib.

Daha sonra AMEA-nın həqiqi üzvü Maqsud Əliyev, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin rəhbəri Adilə Abbasova, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Flora Xəlilzadə, professor Vaqif Salmanov, Fizika-riyaziyyat elmləri namizədi Zöhrab Ağamalıyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinin dekanı, professor Mirzəli Murquzov çıxış edərək yubilyarın ünvanına təbriklərini səsləndiriblər.

Tədbirin sonunda yubilyar hər kəsə səmimi təşəkkürünü bildirib.

Mətbuat və İnformasiya şöbəsi, 29 noyabr 2012-ci il.
Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: publika.az, lent.az, AzerTac, vesti.az, salamnews, 1news.az.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025