BDU-da professor Əyyub Əzizovun 80 illik yubileyi keçirilib-VİDEO

03/11/2014

Rektor Əyyub müəllimi xeyirxah, alicənab, pozitiv insan kimi xarakterizə edərək onu mənalı ömür yolundan bəhs edib. Deyib ki, Əyyub müəllim  bütün tələbələri  kimi mənim də sevimli müəllimim olub. Sonra Kimya fakültəsinin dekanı, professir Abdulsəid Əzizov “Böyük müəllimin şərəfli həyat  yolu”, BDU-nun kafedra müdiri, akademik Vasim Məmmədəliyev “Nəcib əməllər sahibi gözəl insan”, AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Alimlər müəllimi, Müəllimlər alimi” mövzusunda çıxışlar ediblər.

Yubilyarı BDU dekanları adından Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov və digərləri də təbrik ediblər.

Tədbiri bu linkdən izləyə bilərsiniz - https://www.youtube.com/watch?v=N8xeOV8XnJI

Mətbuat və İnformasiya şöbəsi, 03 noyabr 2014-cü il.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026