BDU-da profilaktik və preventiv tədbirlər gücləndirilib

05/11/2020

Son günlər hava şəraitinin dəyişmələri ilə əlaqədar olaraq COVID-19 yoluxmalarının sayında artım müşahidə olunur. Buna görə də ölkədə pandemiya ilə mübarizə məqsədilə kompleks profilaktik tədbirlər görülür. Bakı Dövlət Universitetində də profilaktik və preventiv tədbirlər gücləndirilib, sanitar-epidemioloji vəziyyətə ciddi nəzarət olunur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” tələblərinə müvafiq olaraq sanitariya normaları və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə dair profilaktik və preventiv həyata keçirilir. Tədris və təlim-tərbiyə prosesinin iştirakçılarının sağlamlığının qorunması üçün sanitariya və gigiyena qaydalarına ciddi riayət olunur.

BDU-nun giriş qapılarında, həyətində, auditoriyalarda, sanitar qovşaqlarda, dəhlizlərdə, yataqxanalarda, yeməxanalarda və s. COVID-19 infeksiyası ilə mübarizə üsullarını əks etdirən maarifləndirmə posterləri, nişan və göstəricilər yerləşdirilmiş, giriş qapılarında, tədris binalarının, elmi-tədqiqat institutlarının və yataqxanaların xüsusi ayrılmış yerlərində ən müasir dezinfeksiya tunelləri, turniketlər, avtomatlaşdırılmış hərarət ölçən və tibbi maskanın taxılmasına nəzarət edən cihazlar quraşdırılmış, sanitar qovşaqlarda əl dezinfeksiyaedici məhlullar və digər gigiyenik vasitələr yerləşdirilmişdir.

Xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə BDU-da ardıcıl iş aparlaraq, əməkdaş və tələbələrin sağlamlığının və təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025