BDU-da proqramlaşdırmaya dair infosessiya keçirilib

07/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) və “JET Academy”nin birgə təşkilatçılığı ilə proqramlaşdırmada yol xəritəsinə (“Java backend developer roodmap”) dair infosessiya keçirilib.

BDU-nun TGT sədri Harun Mehdiyev bildirib ki, texniki ixtisaslarda təhsil alan tələbələrin praktiki bacarıqlarının artırılması və dövrün tələblərinə cavab verən proqram dillərindən istifadəsi əmək bazarının əsas tələblərindəndir. Bunun üçün də belə təlimlər günbəgün dəyişən tendensiyaların öyrənilməsi baxımından faydalıdır.

“JET Academy”nin müəllimi, “Azercell”in əməkdaşı Müşviq Manaflı kodlaşdırma, sənaye təcrübələri və praktiki məsələlər barədə məlumat verib. Qeyd edib ki, “backend developer” adlanan proqramlaşdırma mütəxəssisləri tətbiqin daha çox “pərdə arxasında” işləyir, sistemin funksionallığını təmin edirlər. Başqa sözlə, onlar istifadəçilərin qarşılıqlı əlaqədə olmadığı, amma xidmətin işləməsi üçün vacib olan hissəni idarə edirlər. “Backend developer”lər server, verilənlər bazası və tətbiqlər arasında əlaqəni qurur, məlumatları emal edir və onları istifadəçinin gördüyü hissə üçün əlçatan edir. Proqramlaşdırma dünyasında yol xəritəsi (roadmap) layihələrin uğurla başa çatdırılması üçün çox vacibdir. Yol xəritəsi proqramçılara bu sahənin inkişaf mərhələlərini, istifadə ediləcək texnologiyaları və resursları əvvəlcədən müəyyənləşdirməyə kömək edir.

Müşfiq Manaflı serverin, verilənlər bazasının (database) idarə edilməsi barədə müxtəlif texniki bacarıqlar və proqramlaşdırma layihələrinin hazırlanması qaydalarını izah edib.

Tədbir tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə başa çatıb.

 

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026