BDU-da “Psixoloji davamlılıq” mövzusunda təlim

08/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru və Tətbiqi riyaziyyat və kibernetika fakültəsi tələbələr üçün “Psixoloji davamlılıq” adlı təlim təşkil edib.

Təlimin əsas məqsədi tələbələrdə psixoloji rifahın gücləndirilməsi, stresin idarə olunması, emosiyaların tənzimlənməsi və çətin həyat situasiyalarında dayanıqlı davranış modellərinin formalaşdırılması istiqamətində praktiki biliklərin artırılması olub.

Sektorun psixoloqu Vasif Bəşirov psixoloji davamlılığın əsas komponentləri haqqında məlumat verib. O, özünü tanıma, müsbət düşüncə, sosial dəstəyin əhəmiyyəti, Universitet resurslarından səmərəli istifadə, problemlərin həllində çevik yanaşma və özünə qayğı strategiyaları kimi mövzuları ətraflı izah edib.

Təlim zamanı real həyatdan nümunələr əsasında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb və psixoloji davamlılığın gündəlik həyatda tətbiqi ilə bağlı tövsiyələr verilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026