BDU-da psixoloji seminar keçirilib

08/04/2015

Bakı Dövlət Universitetində TEMPUS (Student Support and Development Services) layihəsi çərçivəsində növbəti tədbir baş tutub.

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin “Psixologiya klubu”nun təşkilatçılığı ilə baş tutan tədbirdə BDU THİK sədr müavini Azərpaşa Hüseynli və komitə əməkdaşları, “Psixologiya klubu”nun rəhbəri Çinarə Teymurzadə, təlimçi qismində psixoterapevt Şəbnəm Sadıqova və müxtəlif fakültələrin tələbələri iştirak edib.
Azərpaşa Hüseynli BDU-da mütəmadi olaraq müxtəlif səpkidə seminarların keçirildiyi və tələbələrin də bu təlimlərə yüksək maraq göstərdiyini söyləyib.
“Psixologiya klubu”nun rəhbəri Çinarə Teymurzadə klubun fəaliyyəti və gələcək planları barədə geniş məlumat verərək, tələbələri aktiv olmağa və öz təşəbbüsləri ilə çıxış etməyə dəvət edib.
Daha sonra psixoterapevt Şəbnəm Sadıqova tələbələrə “Panik atak” mövzusunda seminar keçib. O, panik atak, onun əlamətləri və meydana gəlməsi, barədə geniş informasiya verib. Seminar boyu təlimçi xüsusi hazırlanmış slaydlar vasitəsilə tələbələrə panic atak zamanı nələr etməli olduqlarını izah edib. Şəbnəm Sadıqova mövzu ilə bağlı sualları cavablandırıb.
Xatırladaq ki, BDU THİK nəzdində bir çox klublar fəaliyyət göstərir.

Mətbuat və informasiya şöbəsi, 08 aprel 2015-ci il.

Xəbərlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026