BDU-da PVX/TiO2 əsaslı nanokompozitlərin alınması və tətbiqi istiqamətində tədqiqatlar davam edir

16/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar ETL-in elmi işçisi Almara Rəhimli “Kristallaşmanın müxtəlif temperatur-zaman rejimində alınmış PVX/TiO2 əsaslı nanokompozitlərin fotolüminessensiya və dielektrik xassələri" mövzusunda məruzə ilə çıxış edib.

Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, maye azotda soyudularaq alınmış nümunələrdə dielektrik nüfuzluğunun qiymətinin artması həmin nümunələrdə polyarlaşma xassələrinin artması ilə əlaqədardır və bu matrisdə nanohissəciklərin daha bircins paylanması, hissəciklə matris arasında fazalararası qarşılıqlı təsirin artması ilə izah edilir. Həmçinin, alınmış nanokompozitlərin morfoloji quruluşunun analizi nəticəsində müəyyən edilmişdir ki, soyuma sürətinin daha yuxarı qiymətlərində polimer matrisin üst molekulyar quruluşu daha nizamlıdır.

Seminarda Mərkəzin əməkdaşları, tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.

 

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026