BDU-da qış imtahan sessiyası başa çatıb

07/02/2023

Bakı Dövlət Universitetində (BDU) qış imtahan sessiyası başa çatıb. Sessiya yanvarın 5-dən fevralın 3-dək davam edib.

Bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1981 tələbə imtahan verib.

Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən 5000-dən çox təhsilalana həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 7-dən 14-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edib.

Xəbərlər

BDU THE-nin ixtisaslar üzrə reytinq siyahısında yer alıb

BDU THE-nin ixtisaslar üzrə reytinq siyahısında yer alıb
21/01/2026

BDU-da qış imtahan sessiyası uğurla davam edir

BDU-da qış imtahan sessiyası uğurla davam edir
21/01/2026

Qürur və şərəf günü

Qürur və şərəf günü
20/01/2026