BDU-da qış imtahan sessiyası başa çatıb
05/02/2025
Bakı Dövlət Universitetində (BDU) qış imtahan sessiyası başa çatıb.
Bakalavriat səviyyəsində 949 qrup 20500-dən çox, magistratura səviyyəsində isə 267 ixtisaslaşma üzrə 2160 tələbə imtahan verib. Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün fevralın 7-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası fəaliyyət göstərib. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edib.
Xəbərlər
BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
