BDU-da qış imtahan sessiyası davam edir

15/01/2024

Yanvarın 7-dən Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

İmtahanlar iki növbədə (bakalavriatura səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-17:00-dək) keçirilir.

Yanvarın 15-də bakalavriatura səviyyəsində 279 qrup üzrə 5620 tələbə, magistratura səviyyəsində isə 200 ixtisaslaşmada 660 nəfər imtahan verir.

Ümumilikdə sessiya ərzində bakalavriatura səviyyəsində 937 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 235 ixtisaslaşma üzrə 2014 tələbə imtahan verəcək.

Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2024-cü ilin fevral ayının 5-dən 14-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026