BDU-da qış imtahan sessiyası uğurla davam edir

21/01/2026

Bakı Dövlət Universitetində (BDU) 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası uğurla davam edir.

Yanvarın 21-də bakalavriat səviyyəsində 301 qrup üzrə 6804 tələbə, magistratura səviyyəsində isə 138 ixtisaslaşmada 676 nəfər imtahan verir.

İmtahanlar iki növbədə (bakalavriatura səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-16:30-dək) keçirilir.

Ümumilikdə sessiya ərzində bakalavriat səviyyəsində 923 qrup üzrə 21000-dən çox, magistratura səviyyəsində isə 455 ixtisaslaşma üzrə 2334 tələbə imtahan verəcək.

Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2026-cı ilin fevral ayının 2-dən 6-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.

Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026