BDU-da “Qadağan olunmuş şəhər” mövzusunda ustad dərsi

06/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq əlaqələr şöbəsi, Şərqşünaslıq fakültəsi, Konfutsi İnstitutu və Anhui Universitetinin birgə təşkilatçılığı ilə Çin şəhər memarlığının incilərindən olan “Qadağan olunmuş şəhər” mövzusunda ustad dərsi keçirilib.

Tədbirin moderatoru, BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Şəms Bağırova silsilə ustad dərslərinin Şərqşünaslıq fakültəsinin müəllim və tələbə heyəti üçün əhəmiyyətini vurğulayıb.

Tədbirin məruzəçisi, Anhui Universitetinin müəllimi Denq Şu Çində möhtəşəm saray kompleksinin “Qadağan olmuş şəhər”  adlanmasını qeyd edib. Bu sarayın Çində 1421-1912-ci illər ərzində hökmranlıq edən Min və Sin sülalələrinin imperatorlarının iş yeri və iqamətgahı olduğunu bildirib. Qeyd edib ki, 15 ilə inşa olunan saray milyonlarla bənna, ustanın əməyi nəticəsində meydana gəlib. Saray Pekinin tam mərkəzində yerləşir. 1406-1421-ci illər ərzində tikilən Ququn Sarayı Min və Sin sülaləsinin 24 imperatorunun iqamətgahı olub. Sarayın meydanı təxminən 700 min kv.m ərazini əhatə edir. Onun ərazisində Çin mifologiyasına əsasən, 9999 mənzildən ibarət olan 799 ev yerləşir. Saray möhtəşəm park və məbədlərlə əhatə olunub. Lakin saraya giriş xalqa qadağan edilib, imperatorların sarayına ayaq basan şəxs o saat edam olunub. Məruzəçi hazırda muzey kimi istifadə olunan bu sarayın tarixi, mənəvi dəyər daşıdığını vurğulayıb, sarayın ənənəvi Çin saray memarlığının təcəssümü və Şərq ölkələrinin memarlığının inkişafına böyük təsiri olduğuna diqqət çəkib. Müasir dövrdə Ququn “qadağan olunmuş şəhər” kimi öz ecazını və sehrini qoruyub saxlamaqdadır.

Tədbir fakültənin müəllim və tələbə heyətinin mövzu ətrafında diskussiyaları ilə davam edib.


Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı
26/07/2025

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub
25/07/2025

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir
25/07/2025