BDU-da “Qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair” təlimlər keçirilib

21/06/2021

2021-ci il 16-17 iyun tarixlərində Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” lahiyəsi çərçivəsində Bakı Dövlət Universitetində (BDU) onlayn təlimlər keçirilib. Təlimlər BDU-nun Hüquq fakültəsində “Qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair” Avropa Şurasının HELP kursunda təlimçi olacaq namizədlər üçün nəzərdə tutulub.

Layihənin məqsədi yerli qanunvericiliyi və siyasətləri Avropa standartlarına uyğunlaşdırmaq üçün qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasının (İstanbul Konvensiyası) və digər gender bərabərliyi standartlarına dair məlumatlılığı artırmaqdır.

Moderator, Avropa Şurasının Bakı Ofisinin layihə  rəhbəri Pərvanə Bayramova və Avropa Şurasının Səlahiyyətlərin gücləndirilməsi və Əməkdaşlıq Lahiyələri şöbəsinin müdiri Marta Beserr təlim haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb.

Təlimdə çıxış edən Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev tədbirin keçirilməsində dəstəyinə görə təşkilatçılara təşəkkür edib. Qadınlara qarşı zorakılıq və məişət zorakılılığına dair  tədbirlər və bundan irəli gələn məsələlərin Hüquq fakültəsi üçün çox əhəmiyyətli olduğunu vurğulayan Əmir Əliyev fakültənin əməkdaşları üçün belə bir təlimin keçirilməsinin vacibliyini vurğulayıb. Hüquq fakültəsində “İnsan hüquqları” üzrə xüsusi bir magistr proqramının mövcudluğunu və bu proqrama xüsusi bir fənnin  “Qadın və uşaq hüquqları” fənninin daxil edildiyini, fənnin Hüquq fakültəsi nəzdində fəaliyyət göstərən “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası tərəfindən həyata keçirildiyini qeyd edib. Əmir Əliyev Hüquq fakültəsində bakalavr tədris planına “Məişət zorakılığına qarşı mübarizə” üzrə yeni bir fənnin də əlavə edildiyini diqqətə çatdırıb.

Təlimdə Hüquq fakültəsinin professor-müəllim heyətinə HELP platformasında kursların yaradılması, tələbələrin seçilməsi, onlara elektron tapşırıqların verilməsi, qiymətləndirilmənin aparılması qaydası öyrədilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024