BDU-da “Qafqazdan dünyaya doğan günəş” adlı tədbir

10/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Qafqazdan dünyaya doğan günəş” adlı tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Ümummilli Liderin gələcək nəsillərə örnək ömür yolundan, onun zəngin irsinin daim araşdırılması və gənc nəslə aşılanmasının zəruriliyindən, sovet dövründə və müstəqillik illərində dövlət, millət və ordu quruculuğu, həmçinin elm və mədəniyyət sahəsində həyata keçirdiyi mühüm addımlardan söz açıb. Ana dilimizə və ədəbiyyatımıza göstərdiyi xüsusi diqqət və qayğının bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi Aytəkin Mirzəyeva Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, mədəni və sosial-siyasi həyatda layiqli yer tutması, dünya diplomatiyasına yol tapmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri haqqında məlumat verib, dahi liderin XX əsrin görkəmli natiqlərindən biri kimi bənzərsiz keyfiyyətlərindən danışıb.

Tədbir ədəbi-bədii və musiqili çıxışlarla davam edib.

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026