BDU-da qalaktozemiya xəstəliyinin diaqnostikası üzrə araşdırmalar aparılır

17/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Genetika kafedrasının doktorantı Nilufər Hacıyevanın “Yenidoğulmuşlarda qalaktozemiya xəstəliyinin diaqnostikası və Azərbaycanda yayılma tezliyi” mövzusunda elmi seminarı keçirilib. Fakültə rəhbərliyi və professor-müəllim heyətinin iştirak etdiyi seminar zamanı qalaktozemiya xəstəliyinin genetik səbəbləri və uşaqlarda bu xəstəliyin erkən aşkarlanmasına dair məsələlər müzakirə edilib.

Məruzəçi bildirib ki, bu tədqiqat çərçivəsində 576 yenidoğulmuş və 138 xəstə uşaq üzərində araşdırma aparılıb. Nəticədə qalaktozemiyanın yayılma faizinin 0,86% olduğu müəyyən edilib. Dünyada yayılmış əsas irsi xəstəliklərdən biri hesab olunan qalaktozemiya Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən erkən diaqnostika proqramlarına daxil edilib.

Seminarda vurğulanıb ki, erkən diaqnoz və düzgün müalicə qalaktozemiya xəstələrinin həyat keyfiyyətini xeyli yaxşılaşdırır. Xəstələrin və ailələrinin bu barədə məlumatlı olması və lazımi tədbirlər görməsi çox vacibdir. Tədqiqat yeni müalicə üsullarının inkişaf etdirilməsinə töhfə verməyi hədəfləyir.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026