BDU-da “Qalib lider, yenilməz xalq” mövzusunda tədbir keçirilib

23/12/2021

Bakı Dövlət Universitetində (BDU) Geologiya, Mexanika-riyaziyyat və Tarix fakültələrinin birgə təşkilatçılığı ilə “Qalib lider, yenilməz xalq” mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbirdə çıxış edən Geologiya fakültəsinin dekan müavini, YAP Gənclər Birliyinin üzvü İlqar Quliyev bildirib ki, xalqın yetişdirdiyi ən böyük sərvət hesab edilən liderlər nəticə etibarilə təmsil etdiyi toplumun şərəf tarixinin müəllifi olurlar. Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinə obyektiv olaraq öz qarşısına möhtəşəm hədəflər qoyaraq başlamalı olmuşdur.  Bu zərurət Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin öz bəhrəsini getdikcə daha aydın şəkildə göstərməyə başlaması fonunda cəmiyyətin ondan gözləntilərindən  irəli gəlirdi. Tədbirdə çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev Prezidentin sosial-iqtisadi sahədə həyata keçirdiyi islahatlardan bəhs edərək qeyd edib ki, ölkə başçısı tərəfindən ölkədə bütün sahələri əhatə edən kompleks xarakterli və sistemli islahatların həyata keçirilməsi, istər əhalinin rifahının artırılması, istər siyasi sistemin yeni konfiqurasiyasının formalaşması, istərsə də kadr potensialının gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Natiq çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunması, torpaqlarımızın düşmən tapdağından azad olunmasının tariximizin şanlı səhifəsi olduğunu bildirib və bu möhtəşəm zəfərin qazanılmasında xalq-iqtidar-ordu birliyinin müstəsna xidmətlərini qeyd edib.

Çıxış edənlər Millət Məclisin üzvləri Naqif Həmzəyev və Vüqar İsgəndərov Azərbaycanın diplomatiya sahəsində 2003-cü ildən bəri keçdiyi uğurlu inkişaf yoluna diqqəti yönəldərək Prezident cənab İlham Əliyevin yüksək liderlik məharətinin eyni dərəcədə xarici siyasət sahəsində də özünü büruzə verdiyini qeyd edib. Onun xarici siyasət doktrinası beynəlxalq iştirakçılığın gücləndirilməsi, Azərbaycana yeni dostlar qazandırılması, diplomatiyada hücumçu taktikaya üstünlük verilməsi, beynəlxalq təşəbbüskarlığın artırılması ilə nəticələndiyini vurğulayıblar.

Daha sonra çıxış edənlər YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Mexanika-riyaziyyat fakültəsinin dekan müavini Etibar Əhmədov, BDU Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov ölkə başçısı tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən bəhs edib, Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəslədiyi, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramlarının qəbul edildiyini, gənclərin ölkə başçısının ətrafında sıx birləşərək möhtəşəm zəfərlərə imza atdığını diqqətə çatdırıblar.

Tədbir bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024