BDU-da "Qarabağ bölgəsinin şəhərsalma strukturu: işğaldan əvvəl və sonra” adlı tədbir

21/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili”nə həsr olunan “Qarabağ bölgəsinin şəhərsalma strukturu: işğaldan əvvəl və sonra” adlı tədbir keçirilib.

Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov Qarabağın Azərbaycanın strateji əhəmiyyətli bölgələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, işğaldan əvvəl bu ərazilərdə şəhərsalma milli memarlıq ənənələrinə əsaslanırdı, lakin işğal dövründə ciddi dağıntılar törədilərək infrastruktur məhv edilib. Hazırda azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinin əsas məqsədinin yalnız bərpa deyil, müasir şəhərsalma prinsiplərinə uyğun yeni yaşayış mühitinin formalaşdırılması olduğu qeyd edilib. Həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tələbələr Aysu İmanova və Ofelya Musazadə Qarabağın şəhərsalma xüsusiyyətləri, işğal dövründə baş verən dağıntılar və həyata keçirilən yenidənqurma layihələri barədə təqdimatla çıxış ediblər. Təqdimat zamanı tarixi abidələrin və infrastrukturun bərpası istiqamətində görülən işlər haqqında da məlumat verilib.

Tədbir Qarabağın işğaldan əvvəlki vəziyyətini, işğal dövründəki dağıntıları və hazırda aparılan bərpa prosesini əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026