BDU-da “Qarabağ günü”

14/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin “İstiqlal” klubunun təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Qarabağ günü” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov 2020-ci il sentyabrın 27-dən təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlarının qarşısının alınması üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin başlanıldığını, ərazi bütövlüyümüz uğrunda 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini, əsgər və zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində parlaq Qələbə qazandığını bildirib. Qeyd edib ki, dünya hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi unudulmayan qürur səhifəsi, düşmənlərin yaddaşında isə əbədi məğlubiyyət kimi qalacaq.

lll kurs tələbələri Röya Mehdizadə Tarix fakültəsinin şəhid məzunları Elşən Salayev, Hüseyn Quliyev, Yüksəl Əlizadə, Fatimə Cavadlı şəhid qardaşı Nemət Cavadlı, l kurs tələbəsi Kamal Şalıyev şəhid qardaşı, BDU-nun Hüquq fakültəsinin məzunu Ceyhun Şalıyev haqqında məlumat verərək, xatirələrini bölüşüblər.

Sonra Tarix fakültəsinin tələbələri Gülyanaq Vəlizadə, Elvin İbrahimli, Sücəddin Muradov, Mehdi Rzayev, Lamiyə Kamallı, Ayan İsmayılova, Altay Hüseynzadə, Məhəmməd Həsənov, Gülarə Mehdizadə və Ləman Fətiyevanın ifasında bədii kompozisiya təqdim olunub.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026