BDU-da "Qarabağ mədəniyyəti" adlı tədbir keçirilib

27/05/2021

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "Qarabağ mədəniyyəti" adlı onlayn tədbir keçirilib.

Tədbirdə fakültənin I kurs tələbəsi İlkin Məmmədov mövzu haqqında çıxış edərək Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasəti nəticəsində Qarabağın mədəniyyəti, tarixi abidələri və memarlıq incilərinə vurulan zərər haqqında danışıb. Çıxışda Qarabağ bölgəsinin Azərbaycanın, həmçinin dünya ölkələrinin bir çox bölgələrindən fərqli olaraq daha qədim tarixə malik olan bir ərazi olduğu qeyd edilib. Qarabağ bölgəsinin tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zənginliyi, Qarabağın bədii təfəkkür və yaradıcılığına bölgənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərdiyi vurğulanıb.

Fakültənin tələbələri Gültac Həsənova və Aysu Sultanova Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan möhtəşəm qələbə, Qarabağda aparılan quruculuq işləri və dövlət başçısının sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında çıxış ediblər.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026