BDU-da “Qarabağ mühazirələri”: millət vəkili Nizami Cəfərovla görüş

07/12/2022

Bakı Dövlət Universitetinin (BDU) könüllülərinin təşkilatçılığı ilə “Qarabağ mühazirələri” layihəsi çərçivəsində Milli Məclisin üzvü, akademik Nizami Cəfərovla görüş keçirilib.

Görüşdə çıxış edən akademik Nizami Cəfərov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti barədə gənclərə məlumat verib, bu qələbənin Prezident-xalq-ordu birliyinin məntiqi nəticəsi olduğunu vurğulayıb. Nizami Cəfərov Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələ və inkişaf dövrünün əsasını qoyduğunu diqqətə çatdırıb. Görüşdə müharibənin başlanması, gedişatı və nəticələrindən ətraflı bəhs edilib. Ordumuzun cəbhədə qazandığı nailiyyətlər, Ermənistan silahlı qüvvələrinə endirdiyi sarsıdıcı zərbələrlə tarixi ədaləti bərpa etdiyi və bütün dünyaya Azərbaycanın qüdrətini bir daha göstərdiyi qeyd olunub.

Daha sonra akademik Nizami Cəfərov könüllülərin mövzu ətrafında suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026