BDU-da “Qarabağ zəfəri sonrası Azərbaycan-Türkiyə strateji münasibətləri yeni mərhələdə” adlı tədbir keçirilib

20/05/2021

20 may 2021-ci il tarixində BDU-nun Tarix, Mexanika-riyaziyyat və Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin birgə təşkilatçılığı ilə “Qarabağ zəfəri sonrası Azərbaycan-Türkiyə strateji münasibətləri yeni mərhələdə” adlı onlayn tədbir keçirilib.

BDU-nun Tarix fakültəsinin dekan müavini  Bəxtiyar Nəbiyev tədbiri giriş sözü ilə açaraq Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafından bəhs edib, Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin müasir dünyanın düzəninə uyğun yeni bir formada möhkəmləndirilməsinin xüsusi əhəmiyyətindən danışıb.  1994-cü ilin sentyabr ayının 20-də Bakıda imzalanan “Əsrin müqaviləsi” layihəsi və bundan əlavə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu və bu kimi bir çox beynəlxalq layihələrin həyata keçirilməsi Azərbaycan və Türkiyə iqtisadi dirçəlişi və siyasi gücünün artmasına zəmin yaratmasına diqqət çəkib. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana mənəvi və diplomatik dəstək göstərməsinin bütün dünyaya qardaşlığımızın sarsılmaz olmasının sübutu olduğunu bildirib.

Sonra məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ramil Həsən keçirilən tədbirin əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarı ilə tam uzlaşır. İkinci Qarabağ savaşı isə bu qardaşlıq münasibətlərini bir daha bütün dünyaya bəyan edib. Dekabrın 10-da keçirilən Bakıda keçirilən Zəfər paradı ilə müzəffər Azərbaycan Ordusu öz gücünü bir daha işğalçı Ermənistana və bütün dünyaya nümayiş etdirdiyini deyən R.Həsən Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi şərəfinə Bakıda keçirilən Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, habelə Azərbaycan Ordusunun müzəffər əsgərləri ilə bərabər Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin iştirakı Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsi olduğunu söyləyib.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə davam edib.

 

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025