BDU-da “Qarabağda alban irsinin saxtalaşdırılması cəhdləri” mövzusunda elmi seminar

05/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən İslamşünaslıq Elmi Tədqiqat Mərkəzində “Qarabağda alban irsinin saxtalaşdırılması cəhdləri” mövzusunda elmi seminar keçirilib.

İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin müdiri Əsədulla Qurbanov mövzu ilə bağlı təqdimat edib. Qeyd olunub ki, Qarabağda tarixi-dini abidələrimizi, məscidlərimizi fars mədəniyyətinin nümunəsi kimi təqdim etməklə yanaşı, Azərbaycanın xristian irsinin də özününküləşdirilməsi məsələsi erməni saxtakarlığının əsasını təşkil edir. Ermənilərin milli-mənəvi dəyərlərimizə, tarixi abidələrimizə qarşı törətdikləri cinayətlərin, vəhşiliklərin fonunda Avropa Parlamentinin  Azərbaycan hökumətini “Dağlıq Qarabağda erməni mədəni irsini məhv etməkdə” ittiham edən qətnaməsi təəssüf doğurur. Məruzəçi UNESCO-nun Monitorinq qrupunun regiona səfərindən qabaq yalnız erməni tərəfinin ötürdüyü saxta məlumatlara istinadən verilən bu qətnamənin növbəti erməni təxribatı və erməni saxtakarlığına həmrəylik kimi qiymətləndirildiyini, düşmənin məkrli iddialarının davam etdiyini bildirib.

Tədbir mövzu ilə bağlı sualların cavablandırılması ilə davam edib.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026