BDU-da “Qarşılıqlı dövlətlərarası münasibətlər Azərbaycan və Böyük Britaniya KİV-də” mövzusunda elmi seminar

13/07/2021

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Qarşılıqlı dövlətlərarası münasibətlər Azərbaycan və Böyük Britaniya KİV-də” mövzusunda onlayn elmi seminar keçirilib.  Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Pərviz Məsməliyev elmi seminarda mövzu ilə bağlı məruzə edib, Azərbaycanla Birləşmiş Krallıq arasında iqdisadi, siyasi və mədəni əlaqələrdən bəhs edib. Doktorant müstəqillik illərində Azərbaycan və Böyük Britaniya arasında olan əməkdaşlıq məsələlərinin həm Azərbaycan, həm də Britaniya mətbuat orqanlarında dərc edilən materialları araşdıraraq təhlil etdiyini vurğulayıb.

Sonra fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, doktorantın elmi rəhbəri, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri professor Həmid Vəliyev, kafedranın müəllimləri dosentlər Pərvanə İbrahimova, Vəfa İsgəndərova, Aytəkin Zeynalova çıxış edərək məruzə ilə bağlı fikirlərini bildiriblər.

Elmi seminar mövzu ətrafında müzakirə ilə yekunlaşıb.

 

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026