BDU-da “Qars müqaviləsinə dair sənəd resurslarının biblioqrafik təhlili” mövzusunda müzakirələr aparılıb

16/01/2023

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Qars müqaviləsinə dair sənəd resurslarının biblioqrafik təhlili” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Biblioqrafiyaşünaslıq kafedrasının magistrantı Lamiyə Əliyeva mövzu ilə bağlı məruzə edib. Məruzəçi əvvəlcə Qars müqaviləsinin tarixi, ictimai-siyasi əhəmiyyəti və nəticələri barədə məlumat verib. Sənədin Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan bölgəsinin təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna rol oynadığını vurğulayıb. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin Qars müqaviləsinə böyük dəyər verdiyini bildirən gənc tədqiqatçı Ulu öndərin bu barədə fikirlərini diqqətə çatdırıb: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”. Lamiyə Əliyeva həmçinin Qars müqaviləsi ilə Şuşa Bəyannaməsi arasında paralellər aparıb. Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Qars müqaviləsinə əsaslanaraq imzalanmış Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini vurğulayıb.

Məruzədə Qars müqaviləsinə dair sənəd resurslarının əhatəli şəkildə biblioqrafik təhlili aparılıb. Qeyd olunub ki, tarixi sənədə dair ilkin mənbə müqavilənin tam mətni hesab olunur. 20 maddə və 3 əlavədən ibarət müqavilə mətninin nüsxələrindən biri Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılır. Məruzədə həmçinin Qars müqaviləsi haqqında ölkəmizdə və xaricdə mövcud olan sənəd resurslarının təşəkkülü, inkişafı və müasir vəziyyəti kompleks təhlil olunub, mövzunun informasiya təminatının təkmilləşdirilməsi ilə bağlı səmərəli təkliflər irəli sürülüb.

Elmi seminar müzakirələrlə davam etdirilib.

Xəbərlər

Türkiyənin Ərciyəs Universitetinin professoru BDU-da ustad dərsi keçib

Türkiyənin Ərciyəs Universitetinin professoru BDU-da ustad dərsi keçib
24/11/2025

BDU-da maarifləndirici görüş: “Bərpa olunan enerji: layihələr və gələcək perspektivlər”

BDU-da maarifləndirici görüş: “Bərpa olunan enerji: layihələr və gələcək perspektivlər”  
24/11/2025

BDU-da “Dərin evtektik həlledicilər və onların əhəmiyyəti” mövzusunda elmi seminar keçirilib

BDU-da “Dərin evtektik həlledicilər və onların əhəmiyyəti” mövzusunda elmi seminar keçirilib
24/11/2025