BDU-da Qars Qafqaz Universitetinin professoru Hacalı Nəcəfoğlu ilə onlayn görüş

20/04/2021

Bakı Dövlət Universitetinin Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə Kimya fakültəsinin məzunu - Türkiyənin Qars Qafqaz Universitetinin Beynəlxalq əlaqələr departamentinin müdiri, kimyaçı alim, professor Hacalı Nəcəfoğlu ilə onlayn görüş keçirilib.

Kimya fakültəsinin dekanı Abdülsəyid Əzizov Hacalı Nəcəfoğlunun elmi fəalliyyətləri haqqında tədbir iştirakçılarını məlumat verib. Professor Hacalı Nəcəfoğlu "Türkün qan yaddaşı: kristallar və naxışlar" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə kristalların quruluşu, sənətkarlıq və memarlıqda istifadəsi, naxış və maddənin quruluşu arasındakı əlaqədən bəhs olunub.

Görüşdə Kimya fakültəsinin dekan müavinləri Fuad Kərimli, Taleh Qəhrəmanov,  professorlar - Teymur İlyaslı, Oqtay Əkbərov, İbrahim Məmmədov, Elçin Əkbərov, Rasim Alosmanov, Famil Çıraqov iştirak ediblər.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.

 

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”
08/10/2026