BDU-da qayıdış hüququna dair təlimlər başlayıb

26/01/2026

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Dövlət Universiteti (BDU) və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qayıdış hüququ: hüquqi simulyasiya və debat forumu” fərdi qrant layihəsi çərçivəsində ilk təlim olub.

Layihə rəhbəri Əli Süleymanov layihənin məqsəd və vəzifələri, əsas fəaliyyət istiqamətləri, hüquqi simulyasiya və debat formatının gənclərin hüquqi biliklərinin artırılması, analitik düşüncə və natiqlik bacarıqlarının inkişafında oynadığı rol haqqında ətraflı məlumat verib.

Təlim siyasi elmlər üzrə fəlsəfə doktoru, BDU-nun müəllimi Gülgün Quliyevanın təqdimatı ilə davam edib. Təlim zamanı Qərbi Azərbaycanın tarixi reallıqları, regionun ictimai-siyasi yaddaşda yeri, mövzuya elmi yanaşmanın əhəmiyyəti və gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Gülgün Quliyeva tarixi faktların düzgün təhlilinin hüquqi müzakirələrdə əsaslandırılmış mövqelərin formalaşdırılmasına birbaşa təsir etdiyini vurğulayıb.

BDU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru, siyasi elmlər doktoru Xalid Niyazov isə “Qayıdış” konsepsiyasının formalaşması və ictimai-siyasi düşüncədə dərinləşməsi baxımından mühüm məqamları diqqətə çatdırıb. Xalid Niyazov konsepsiyanın üçillik inkişaf proqramı çərçivəsində keçdiyi mərhələlər, institusional yanaşmalar və gənclərin bu prosesdə rolu barədə ətraflı məlumat verib. Qayıdış hüququnun beynəlxalq hüquq müstəvisində yeri, hüquqi arqumentlərin formalaşdırılması və debat-simulyasiya proseslərində istifadə olunan əsas metodlar barədə praktiki izahlar təqdim edib.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026