BDU-da “Qayıdış missiyası: gənclərin həmrəylik və əməkdaşlıq təşəbbüsləri” layihəsinin yekun görüşü

19/12/2024

Bakı Dövlət Universitetində (BDU) Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı və BDU-nun Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə “Qayıdış missiyası: gənclərin həmrəylik və əməkdaşlıq təşəbbüsləri” layihəsinin yekun görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri, layihənin koordinatoru Vüqar Qədirov layihənin mahiyyətindən söz açıb. Bildirib ki, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi, yeni dövrün gerçəkliklərini daha yaxşı dərk etməsi və ölkəmizin mənafeyini müxtəlif platformalarda düzgün şəkildə təmsil etməsi üçün bu cür layihələr önəmli rol oynayır.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, şair, psixoloq Şahin Qədirov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəșadətli Ordumuzun qazandığı möhtəşəm qələbədən sonra işğaldan azad olunmuș Qarabağ və Şərqi Zəngəzurda böyük abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, “Boyük Qayidiş" Dövlət Proqramı əsasında keçmiş məcburi köçkünlərin mərhələli șəkildə ata-baba yurdlarına qayıtdığını bildirib. O deyib ki, 30 il yaxın öz doğma torpaqlarından kənarda doğulub-böyüyən gənclərin işğaldan azad olunmuş ərazilərə qayıdışı prosesinin təşviq olunması layihənin əsas hədəflərindəndir.

Tədbir tələbələrin suallarının cavablandırılması və müzakirələrlə başa çatıb.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026