BDU-da Qazaxıstan Respublikasının Müstəqillik Günü qeyd edilib

17/12/2018

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Qazaxıstan Respublikasının Müstəqillik Günü qeyd olunub. Qazaxıstanın Azərbaycandakı səfirinin ikinci katibi Kapışov Tlek Kanatoviç, BDU-nun Türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər, Jurnalistika fakültəsinin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə hər iki ölkənin himni səsləndirilib.

Tədbirdə çıxış edən Tlek Kapışov Qazaxıstanın müstəqilliyinin 27-ci ilinin qeyd edilməsindən və Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksələn xətt üzrə inkişaf etməsindən bəhs edib.

Daha sonra Jurnalistika fakültəsinin II kurs tələbələri Qazaxıstan və Azərbaycanın tarixini, ölkələrarası əlaqələrini, adət-ənənələrini əks etdirən səhnəciklər təqdimat edib.

Sonda tələbələrə Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzi tərəfindən hədiyyələr təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 17 dekabr 2018-ci il.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026