BDU-da Qazaxıstan və Özbəkistan üzrə iki yeni ixtisaslaşma açılacaq

24/07/2024

Yeni tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasında magistratura səviyyəsində iki yeni ixtisaslaşma - “Ölkəşünaslıq (Qazaxıstan üzrə)” və “Ölkəşünaslıq (Özbəkistan üzrə)” kadr hazırlığına başlanılacaq.

Bu ixtisaslaşmaların tələblərinə uyğun olaraq, “Qazaxıstan və Özbəkistan tarixi”, “Qazax və özbək xalqlarının dövlətçilik tarixi”, “Qazax və özbək xalqlarının etnogenez məsələləri”, “Qazax və özbək xalqlarının mədəniyyəti”,  “Mərkəzi Asiya regionunun təhlükəsizlik problemləri kontekstində Qazaxıstan və Özbəkistan Respublikaları”, “Türk dünyası daxili inteqrasiya prosesləri və Qazaxıstan və Özbəkistan Respublikaları”, “Qazaxıstan və Özbəkistan Respublikalarının xarici siyasəti”, “Azərbaycan – Qazaxıstan, Azərbaycan – Özbəkistan münasibətlərinin geosiyasi aspektləri”, "Qazaxıstanda və Özbəkistanda etno-siyasi vəziyyət” və s. fənlərin tədrisi nəzərdə tutulur.

Qeyd edək ki, ölkəmizdə bu ixtisaslaşmalar üzrə kadr hazırlığı ilk dəfə həyata keçiriləcək.

Xəbərlər

BDU rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında qalib olan tələbələrlə görüşüb

BDU rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında qalib olan tələbələrlə görüşüb
24/11/2026

BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib

BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib
24/11/2026

BDU-da ustad dərsi: “Pedaqoji mühit və kitabxanalar”

BDU-da ustad dərsi: “Pedaqoji mühit və kitabxanalar”
24/11/2026