BDU-da Qazaxıstanın Atırau Dövlət Universitetinin nümayəndə heyəti ilə görüş

05/05/2026

Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Dövlət Universitetinin strateji inkişaf və beynəlmiləlləşmə üzrə prorektoru Baxıt Altınbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

BDU rektoru Elçin Babayev Azərbaycan–Qazaxıstan universitetləri arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. Bildirib ki, birgə elmi tədqiqatlar və akademik mübadilə proqramları ali təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Rektor son illər BDU-nun Qazaxıstanın aparıcı təhsil müəssisələri ilə əlaqələrini genişləndirdiyini və qarşılıqlı əməkdaşlıqda mühüm irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırıb.

Görüşdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə elm, təhsil sahələrində yeni layihələrin həyata keçirilməsinə dair  fikir mübadiləsi aparılıb. İki universitet arasında beynəlmiləlləşmə, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsi proqramlarının təşkili, xüsusilə kimya, fiziika, biologiya, ekologiya istiqamətləri üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

 

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026