BDU-da Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru ilə görüş

02/08/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru Gülzada Şakulikova ilə görüşüb.



Görüşdə rektor Elçin Babayev bildirib ki, BDU-da təhsil, elm, sənaye və biznes vəhdətində müxtəlif sahələr üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Bu baxımdan beynəlxalq əməkdaşlığa, dünyanın qabaqcıl universitetləri və elmi müəssisələri ilə əlaqələri inkişaf etdirməyə və onların təcrübəsindən yaralanaraq elm və təhsil sahəsində innovasiyaların tətbiqinə xüsusi önəm verilir.

Rektor türk dövlətlərinin, o cümlədən Qazaxıstanın  ali məktəbləri ilə qarşılıqlı əlaqələrin genişlənməsinin xalqlarımız arasında münasibətlərin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb. O, BDU-nun artıq Qazaxıstanın iki universiteti ilə ikili diplom proqramı həyata keçirdiyini, Universitetdə Abay Kunanbayev adına Qazax Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.

Atırau Neft və Qaz Universitetinin rektoru Gülzada Şakulikova isə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin artıq “Tədqiqat universiteti” statusu aldığını qeyd edib. O, Atırau Neft və Qaz Universitetində universitet-sənaye əlaqələrinin geniş olduğunu, müasir dövrün tələblərinə cavab verən bir neçə müasir elmi-tədqiqat laboratoriyasının fəaliyyət göstərdiyini bildirib. BDU ilə kimya, informasiya texnologiyaları, ekologiya və mühəndislik sahələrində əməkdaşlıq edilə biləcəyini vurğulayan Gülzada Şakulikova rektor Elçin Babayevi Atırau Neft və Qaz Universitetinə dəvət edib.

Görüşdə BDU və Atırau Neft və Qaz Universiteti arasında elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi, tələbə-müəllim mübadiləsinin və ikili diplom proqramının həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Xəbərlər

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
14/09/2026

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026