BDU-da Qazaxıstanın K. Jubanov adına Aktobe Regional Universitetinin rektoru ilə görüş

03/03/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Qazaxıstanın K. Jubanov adına Aktobe Regional Universitetinin rektoru Laura Karabassovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan rektor Elçin Babayev iki ölkə arasında mövcud olan möhkəm əlaqələrin təhsildə və elmdə də dərinləşdirilməsinin vacibliyini qeyd edib, birgə əməkdaşlığın daha yüksək nəticələr verəcəyini vurğulayıb. O qeyd edib ki, BDU Qazaxıstan universitetləri ilə səmərəli və uğurlu əməkdaşlıq edir. K. Jubanov adına Aktobe Regional Universiteti ilə də elm, təhsil və mədəniyyət sahələrində birgə layihələrin, tədbirlərin təşkili, ortaq elmi tədqiqatların həyata keçirilməsi, akademik, elmi və mədəni mobilliyin inkişafı, tələbə, tədqiqatçıların, akademik və inzibati heyətin mübadiləsi, gələcəkdə isə ikili diplom proqramlarının reallaşması üçün əlverişli imkanlar var.

Qazaxıstanın K. Jubanov adına Aktobe Regional Universitetinin rektoru Laura Karabassova isə bildirib ki, Azərbaycan universitetləri arasında ilk dəfə məhz BDU ilə əməkdaşlıq etmək niyyətindədirlər: “Akademik mobillik istiqamətində əməkdaşlığa xüsusi önəm veririk. Fizika, riyaziyyat, nanotexnologiyalar, türkologiya, arxeologiya istiqamətləri üzrə də əməkdaşlıq edə bilərik”.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026