BDU-da Qazaxıstanın Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyinin prezidenti ilə görüş keçirilib

17/05/2018

Bakı Dövlət Universitetində Qazaxıstanın Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyinin prezidenti, professor Şolpan Kalanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Fakültə dekanları, kafedra müdirləri və struktur bölmə rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxış edən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva qonaqları salamlayaraq Bakı Dövlət Universiteti barədə ətraflı məlumat verib. O, bu qocaman ali təhsil ocağının 100 illik yubileyinin yalnız Azərbaycanda deyil, UNESCO-nun dəstəyi ilə Parisdə, Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası, Avrasiya Universitetlər Assosiasiyası və bir sıra digər təşkilatlar tərəfindən qeyd ediləcəyini diqqətə çatdırıb. Prorektor İ.Əliyeva təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolundan, həmçinin BDU-nun beynəlxalq akkreditasiya agentlikləri və təşkilatları ilə əməkdaşlığının önəmindən bəhs edib.

Sonra professor Şolpan Kalanova və Universitetlərin Audit və Postakkreditasiya Monitorinqi Departamentinin direktoru, dosent Əhmədiyeva Janna Kuanışevna təmsil etdikləri agentliyin fəaliyyətini və universitetlərin akkreditasiyadan keçmə tələblərini əks etdirən təqdimatla çıxış ediblər. Qonaqlar, həmçinin təhsildə keyfiyyətin təminatı sisteminin qurulması barədə danışıb, öz təcrübələrini bölüşüblər.

Görüşdə BDU-nun institusional akkreditasiyası ilə bağlı məsələlər geniş müzakirə olunub.

Mətbuat və informasiya şöbəsi, 17 may 2018-ci il

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026