BDU-da qazi Ziya Səlimovla görüş keçirilib

25/10/2021

Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Vətən müharibəsi iştirakçısı Ziya Səlimovla görüş keçirilib. Tədbirdə çıxış edən TGT-nin fakültə üzrə  sədr müavini, III kurs tələbəsi Murad İskəndərzadə Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə əbədi həkk olunan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən bəhs edib.

Sonra çıxış edən qazi Ziya Səlimov 44 Günlük Vətən müharibəsi dövründə göstərdiyi şücaətlərdən və şərəfli döyüş yolundan bəhs edərək, rəşadətli ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən, xalqımızın göstərdiyi birlik və həmrəylik nümunəsindən bəhs edib. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun cəmi 44 gün içində düşmənin 30 il ərzində möhkəmləndirdiyi istehkamları, gücləndirilmiş müdafiə xəttini yarıb keçdiyinə diqqət çəkən Ziya Səlimov hərbçilərimizin sərgilədiyi peşəkarlığın dünyanın ən qabqcıl dövlətlərini də heyrətləndirdiyini vurğulayıb. Z. Səlimov müharibə ilə bağlı xatirələrini danışıb, dövlətin qazilərə olan dəstəyindən bəhs edib.

Tədbir qazi Ziya Səlimovun tələbələri maraqlandıran sualların cavablandırması ilə başa çatıb.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026