BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

18/12/2021

Bakı Dövlət Universiteti və Holon Texnologiya İnstitutunun (Israil) birgə təşkilatçılığı ilə  2021-ci ilin 20-21 dekabr tarixlərində “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Konfransın məqsədi görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar Lütfi Zadə irsini öyrənmək,  qeyri-səlis məntiq, süni intellekt sahəsində prioritet istiqamətləri üzə çıxarmaq, innovativ layihələri müəyyənləşdirmək, bu sahədə dünyanın aparıcı mütəxəssisləri ilə təcrübə mübadilələri aparmaq, gənc tədqiqatçıları elmi araşdırmalara təşviq etmək, elmi tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdir. http://fla2021.bsu.edu.az

 

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

  1. Qeyri-səlis nəzarət
  2. Qeyri-səlis ölçü və metrika
  3. Tətbiqi riyaziyyat və aproksimasiya  nəzəriyyəsi
  4. Diferensial tənliklər və tətbiqləri
  5. Maşın(texnika) öyrənilməsinin tətbiqləri
  6. Qeyri-səlis dinamik sistemlər və Xaos nəzəriyyəsi
  7. Ümumi mühəndisliyin tətbiqləri
  8. Geniş məlumatlar və  məlumat mədəni
  9. Qeyri-səlis topologiya

10.Qeyri-səlis cəbr

11.Qeyri-səlis analiz

12. Semantik şəbəkə

13.Statistik analizlər

14.Kompyuter intellekti

15.Qeyri-səlis çoxluqların tətbiqləri

16.Mükəmməl öyrənmənin tətbiqləri

17.Geniş ölçülü vizualizasiya

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024