BDU-da "Qəhrəmanlarımız" layihəsi çərçivəsində tələbələrin şəhid ailələri ilə növbəti görüş keçirilib

16/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "Gələcəyin tarixi" klubunun "Qəhrəmanlarımız" layihəsi çərçivəsində tələbələrin şəhid ailələri ilə növbəti onlayn görüşü keçirilib.

Klubun rəhbəri, Tarix fakültəsinin ll kurs tələbəsi Güllü Həsənzadə tədbiri açıq elan etdikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhid Rüfət Mustafayevin anası Afət Həsənova, qohumları Sənubər Məmmədova, Türkan Mustafayeva şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib, onunla bağlı təəssüratlarını bölüşüblər. Çıxış edənlər vətənpəvər gənclərimizin milli ruhda böyüməsi, vətəninə torpağına necə bağlı olması barədə söhbət açıblar .

Daha sonra Vətən müharibəsi qaziləri Elvin Bəkirov və Vüqar Şükürov 44 günlük Vətən müharibəsində göstərdikləri igidlikdən, torpaqlarımızı azad edərkən necə qəhrəmancasına vuruşmaları haqqında xastirələrini bölüşüblər.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026