BDU-da qiymətli kağızlar bazarında risklərin ölçülməsi metodlarına dair elmi seminar

03/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasında “Qiymətli kağızlar bazarında səhmlərin gəlirliliyinin və risklərin ölçülməsi metodları” mövzusunda elmi seminar keçirilib. Kafedranın müəllimi Namiz Baxışov mövzu ilə bağlı məruzə edib.

Mərüzəçi maliyyə və qiymətli kağızlar bazarı haqqında ümumi məlumat verib. Məruzədə ölkədəki qiymətli kağızlar bazarının problemləri, inkişafı və perspektivləri, maliyyə bazarlarına təsir edən amillər, risklərin idarə edilməsi, valyuta məzənnəsinin sabitliyinin qorunması müzakirə edilib. Həmçinin səhmlərin gəlirliliyinin və risk dərəcəsinin ölçülməsinin metodları göstərilib, nəticələr təhlil edilib.

Elmi seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026