BDU-da əqli mülkiyyət hüquqlarına dair dəyirmi masa keçirilib

28/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Əqli mülkiyyət hüququ kafedrasında 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Kafedra müdiri vəzifəsini icra edən Aydın Səfixanlı “Azərbaycanda insan hüquqları və əqli mülkiyyət hüququnun qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın demokratik inkişafı, hüquqi dövlət quruculuğu, insan hüquqlarının, o cumlədən, əqli mülkiyyət hüququnun müdafiəsi sahəsində həyata keçirilən islahatların memarı olduğunu bildirib, onun zəngin həyat və idarəçilik təcrübəsi barədə məlumat verib. Aydın Səfixanlı eyni zamanda Azərbaycanda əqli mülkiyyət hüquqlarının qanunvericilik bazası, bu sahədə dövlət siyasətini həyata keçirən Əqli Mülkiyyət Agentliyinin səmərəli fəaliyyəti, Agentliyin sədri Kamran İmanovun bilavasitə təşəbbüsü ilə Hüquq fakültəsində Əqli mülkiyyət hüququ kafedrasının yaradılması və bu sahədə peşəkar kadrların hazırlanmasını diqqətə çatdırıb.

Kafedranın müəllimləri Xumar Qurbanova “Əqli mülkiyyət və gender bərabərliyi”, Azər Səfərov “Universitetlərdə əqli mülkiyyət siyasəti və elmi tədqiqat fəaliyyəti”, Aydan Məmmədova “Əqli mülkiyyət hüququ və innovativ inkişaf”, Leyla Əskərzadə “Tibb sahəsində patent”, Aytac İsmayılova “Plagiat və müəllif hüququ pozuntuları” mövzularında çıxışlar ediblər.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026