BDU-da "Əqli mülkiyyət hüququnun əsasları" mövzusunda təlim

11/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü və hüquqşünas Fəxriyyə Rəsulzadənin təlimçiliyi ilə "Əqli mülkiyyət hüququnun əsasları" adlı təlim keçirilib.

Təlimçi ilk növbədə əqli mülkiyyətin yaranma tarixi, xüsusiyyətləri, onun haqqında nəzəriyyə və yanaşmalara dair məlumat verib. Təlimdə Azərbaycanın bu sahədəki qanunvericilik bazası təhlil olunub, əqli mülkiyyətin qorunması və piratçılığa qarşı mübarizə ilə bağlı həyata keçirilən işlər sadalanıb.

Müəllifin şəxsi qeyri-əmlak hüquqları haqqında geniş danışan təlimçi ictimai varidat, əsərdən kommersiya məqsədilə istifadə, sərbəst istifadə, patent, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstəricilər, mədəni irs anlayışları haqqında tələbələrə məlumat verib.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026