BDU-da "İqlim dəyişikliklərinin Yer kürəsinin bitki örtüyünə təsiri" mövzusunda elmi seminar

29/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Botanika və bitki fiziologiyası kafedrasının dosenti Asim Səfərovun "İqlim dəyişikliklərinin Yer kürəsinin bitki örtüyünə təsiri" mövzusunda elmi seminarı keçirilib.

Asim Səfərov Yer kürəsinin daxili və xarici nüvəsində mürəkkəb geoloji-kimyəvi proseslərin məntiqi davamı kimi biosferdə müəyyən dəyişikliklərin baş verməsindən danışıb. Qeyd edib ki, bu proseslər Günəş aktivliyi ilə də əlaqəlidir. Yerin geomorfoloji xüsusiyyətləri biosferin ən mühüm komponentlərindən olan bitki örtüyünə də ciddi təsirlər göstərir. İqlim amillərinin bitkilərə təsiri onların böyümə və inkişaf fazalarında müvafiq dəyişikliklər meydana çıxarır. Planetin bitki örtüyünün əlamət və xüsusiyyətləri çox böyük sürətlə dəyişir. Ayrı-ayrı ərazilərdə ekoloji tarazlığın pozulması, texnogen xarakterli hadisələrin baş vermə intensivliyinin tezləşməsi qeydə alınır.

Məruzəçi ilin mövsümlərində baş verən tezləşmə və gecikmə hallarından bəhs edib, bütövlükdə bitkilərin vegetasiya ritmlərinin dəyişməsinin səbəblərini açıqlayıb. Atmosferin qaz balansının dəyişməsi, havanın temperaturunun yüksəlməsinin belə proseslərdən hesab olunduğunu bildirib.

Tədbirin sonunda seminar iştirakçılarının sualları cavablandırılıb.

 

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026