BDU-da "İqlim dəyişmələrinə uyğunlaşma" mövzusu müzakirə olunub

29/12/2021

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində "İqlim dəyişmələrinə uyğunlaşma" mövzusunda elmi seminar keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Yaşıl iqlim fondu və İnkişaf Proqramının "Milli uyğunlaşma planı" layihəsi çərçivəsində baş tutan seminarı Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova açıq elan edib. O, iqlim dəyişmələrinin öyrənilməsinin önəmini vurğulayaraq, bu istiqamətdə aparılan tədqiqatla diqqət çəkib.

Sonra professorlar Elçin Məmmədov, Çingiz İsmayılov, Zaur Əliyev, Rövşən Abbasov, Vafadar İsmayılov iqlim dəyişmələri ilə bağlı müxtəlif məruzələrlə çıxış edərək, seminar iştirakçılarını məlumatlandırıblar.

Seminar zamanı tələbələr arasında iqlim dəyişmələri və ətraf mühitlə bağlı "Kahoot!" platformasında interaktiv intellektual yarış təşkil olunub və qaliblər mükafatlandırılıb.

Sonda iştirakçıların seminar mövzusu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026