BDU-da qlobal istiləşmənin təbii su ehtiyatlarına təsiri müzakirə olunub

05/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Molekulyar biologiya və biotexnologiyalar kafedrasının professoru Fərayət Əhmədovanın "Qlobal istiləşmənin təbii su ehtiyatlarına təsiri" mövzusunda elmi seminarı keçirilib.
Məruzəçi qeyd edib ki, son zamanlar iqlim dəyişmələri nəticəsində yaranmış quraqlıq ciddi su problemi yaratmaqdadır və bu, bizim ölkəmizdən də yan keçmir. Suya tələbatın artması, iri çayları qidalandıran xırda çayların quruması, suyun israf edilməsi, təyinatı üzrə istifadə edilməməsi və s. bunun səbəbləri kimi göstərilə bilər. Məruzəçi  təqdimatında müxtəlif sənaye müəssisələrinin kanalizasiya sularının, xəstəxanaların çirkab sularının təmizlənilmədən çaylara, dənizə axıdılmasının neqativ nəticələri haqqında məlumat verib.
Məruzədə Azərbaycanın çoxsaylı balneoloji (müalicəvi) xüsusiyyətli və alternativ enerji mənbəyi olan termal sularının ekoloji cəhətdən təmizliyi, çoxsahəli istifadəyə yararlılığı və əhəmiyyəti barədə danışılıb. Qeyd edilib ki, istər soyuq, istərsə də yüksək temperatura malik olan suların özünəməxsus mikroorqanizm qrupları mövcuddur. Onlar suda apardıqları mikrobioloji proseslər nəticəsində əmələ gətirdikləri maddələr (qaz, duz, minerallaşma) və özlərinin biosintez etdikləri metabolizm məhsulları ilə (antibiotiklər, amin turşuları, vitaminlər və s.) suyun keyfiyyətinə təsir edə bilirlər.
Sonda məruzəçi suyun təbiətdə və insan həyatında əhəmiyyəti, su ehtiyatlarına qayğı ilə yanaşma yolları, çirkab suyun insan sağlamlığına mənfi təsiri barədə maarifləndirici tədbirlərin təşkilinin vacibliyini vurğulayıb.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”
02/06/2026

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək
02/06/2026

BDU-da yaz imtahan sessiyası başlayıb

BDU-da yaz imtahan sessiyası başlayıb
01/06/2026