BDU-da “Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri” mövzusunda tədbir keçirilib

02/10/2012

Bu gün Bakı Dövlət Universitetində “Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri” mövzusunda tədbir keçirilib. Universitetin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq iştirakçıları, o cümlədən qonaqları salamlayıb. Rektor Azərbaycan təhsilinin inkişafından,  ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən bəhs edib. Bu gün təhsilimizin  yeni keyfiyyət  mərhələsinə qədəm qoyduğunu və bu istiqamətdə irəlilədiyini vurğulayan rektor Abel Məhərrəmov BDU-nun qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesində iştirakından, bu sahədə əldə edilən uğurlu nəticələrdən danışıb.

Tədbirin bu yaxınlarda Bakıda keçiriləcək 2-ci Humanitar Forumu qabağı təşkil olunmasının əhəmiyyətindən danışan rektor, qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın bir zərurətə çevrildiyini qeyd edib. Rektor Abel Məhərrəmov: “Əminəm ki,  dünya ictimaiyyətinin gələcək inkişafı qloballaşan dünyaya uyğun şəxsiyyətlərin formalaşması ilə bağlıdır. Bu halda, ən vacib missiya məhz elm və təhsilin üzərinə düşür”, diyə bildirib.

Daha sonra tədbirdə iştirak edən xarici qonaqlara söz verilib. Qeyd edək ki, tədbirdə Latviya Respublikasının VI Prezidenti, BMT Baş Katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının vitse-prezidenti Dr.Vaira Vike-Freiberga, İsgəndəriyyə Kitabxanasının Direktoru, Dünya Elektron Kitabxanasının icraçı direktoru, BMT Baş Katibinin Sivilizasiyalar Alyansı üzrə Səfiri, Dr. İsmayıl Seragəldin, Qırğızıstan parlamentinin deputatı, sosial demokrat fraksiyasının və müvəqqəti hökumətin rəhbəri  Dr. Roza Otunbayeva, İngiltərənin ilk və yeganə Kraliyyət İnstitutunun, Oxford Universiteti Linkoln Kollecinin rəhbəri, Heriot Vatt Edinburgh Universitetinin rektoru, İngiltərə Lordlar Palatasının üzvlərindən biri, BBC nin elmi verlişləri proqramının mütəmadı aparıcısı Baronessa Susan Greenfield, İsveç Konfederasiya Prezidentinin müşaviri, UNESCO və Beynəlxalq Telekommunikasiya Birliyinin komissari, BMT-nin Elektron Hökumət Komissiyasının sədri, Roma Klubunun idarə heyətinin üzvü, St Galan ve Lugano universitetlerinin professoru Səfir Valter Füst, Madrid klubunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mrs. Agustine Briano iştirak edib.

Tədbirin sonunda ali qonaqlara BDU-nun fəxri qonağı adı verilib, eyni zamanda BDU ilə  İsgəndəriyyə Kitabxanası arasında Anlaşma memorandumu imzalanıb.

Mətbuat və İnformasiya Şöbəsi, 02 oktyabr 2012-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024