BDU-da “Qloballaşma şəraitində separatizmin sosial-psixoloji məsələləri” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi keçirilib

01/07/2021

2021-ci il 25 iyun tarixində Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının dosenti İmdad Mustafa oğlu Bayramovun “Qloballaşma şəraitində separatizmin sosial-psixoloji məsələləri” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi keçirilmişdir.

Dissertasiya işində separatçılığın sosial-psixoloji xüsusiyyətləri sistemli və elmi-konstruktiv şəkildə təhlil edilmiş və erməni separatçılığının etnopsixoloji xüsusiyyətlərinin radikal və qəddar  formaları tədqiq edilmişdir. Separatçılıq problemi qloballaşma proseslərinin dinamikasında təhlil edilmiş və onun insan psixikasına güclü təsir mexanizmləri araşdırılmışdır.

Müəyyən edilmişdir ki,  separatçılıq sosial qrupların kütləvi psixikasının potensial imkanlarını fəallaşdırır, onun arxaik elementlərini gündəmə gətirir, yeni identiklik formalarının yaranmasına, gərgin adaptasiya problemlərinin ortaya çıxmasına səbəb olur, cəmiyyətdə insanları birləşdirən ümumi maraqları və onların üzərində formalaşan ümumi dəyərləri aradan qaldırır.

 

 

Xəbərlər

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub
27/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
27/08/2026

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib
27/08/2026