BDU-da Qoşulmama Hərəkatı Gənclər Təşkilatının infosessiyası keçirilib

22/04/2025

Bakı Dövlət Universitetində (BDU) Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) infosessiyası keçirilib. Gəncləri QHGT-nin fəaliyyəti haqqında məlumatlandırmaq, onların liderlik və problemləri həll etmək bacarıqlarını gücləndirmək məqsədi daşıyan tədbir "BDU könüllüləri"nin təşkilatçılığı ilə təşkil edilib.

İnfosessiyada çıxış edən QHGT-nin protokol və tədbirlərin təşkili üzrə meneceri Eldar Qurbanov iştirakçılara təşkilatın yaranma tarixi, məqsəd və vəzifələri, üzvlük prosesi və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. QHGT-nin  gənclərin inkişafına yönəlmiş müxtəlif layihələrini təqdim edib.

QHGT-nin Tədqiqat Mərkəzinin assistenti Həcər Abdulla iştirakçıları Mərkəzin fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və gələcək planları ilə tanış edib. Sonra “Azərbaycanın mina böhranı" mövzusunda simulyasiya oyunu təşkil olunub. Oyun gənclərin komandada işləmə, tənqidi düşünmə və qərarvermə bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026