BDU-da Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib

28/12/2021

Bakı Dövlət Universitetində (BDU) Qoşulmama Hərəkatının (QH) Gənclər Şəbəkəsinin məlumat sessiyası keçirilib.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı tarixi Qələbə, ölkəmizin beynəlxalq arenada artan nüfuzu, eləcə də dünyada BMT-dən sonra ikinci ən böyük Təşkilat olan Qoşulamama Hərəkatının sədri kimi fəaliyyəti haqqında danışıb. Hərəkatın Gənclər Şəbəkəsinin yaradılmasının əhəmiyyətini vurğulayıb, tələbə gəncləri Şəbəkənin fəaliyyətində yaxından iştirak etməyə çağırıb.

Daha sonra çıxış edən Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına üzv olduğu səkkiz il ərzində özünün uğurlu xarici siyasəti sayəsində bu təsisatın daxilində böyük nüfuz və etimad qazandığını, 2016-cı ilin sentyabrında keçirilən XVII Zirvə Görüşündə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının yekdil rəyi ilə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə qərar qəbul olunduğunu diqqətə çatdırıb. Hərəkatın XVIII Zirvə Görüşünün Azərbaycanda keçirilməsinin ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığının parlaq göstəricisi olduğunu bildirib.

Daha sonra çıxış edən QH-nın Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə şəbəkənin yaradılmasında məqsəd və vəzifələri, qarşıda duran perspektivləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, gələcəkdə nəzərdə tutulan layihələr barədə ətraflı  məlumat verib. Tələbələri Gənclər Şəbəkəsində aktiv rol almağa dəvət edib.

Sessiyanın sonunda QH-nın Gənclər Şəbəkəsi katibliyinin rəhbəri Ceyran Cəfərovanın təqdimatında Qoşulmama Hərəkatı və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi haqqında videoçarx nümayiş olunub, tələbələrin sualları cavablandırılıb.


Xəbərlər

YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub

YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub
11/12/2025

BDU-da “Həssas qrupların xidmətlərə çıxışı” mövzusunda təlim

BDU-da “Həssas qrupların xidmətlərə çıxışı” mövzusunda təlim
11/12/2025

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru BDU tələbələrinə ustad dərsi keçib

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru BDU tələbələrinə ustad dərsi keçib
11/12/2025