BDU-da qrafen oksid kompozitlərinin ekologiyada tətbiqi müzakirə olunub

20/07/2022

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında “Qrafen və qrafen oksid kompozitlərinin sintezi metodları və ekologiyada tətbiq sahələri” mövzusunda elmi seminar keçirilib.
Seminarda Kimya fakültəsinin Nanomateriallar kimyası ixtisası üzrə məzunu Orxan İsmayılov eyniadlı məruzə edib.
O, çıxışında qrafen və qrafen oksid əsaslı kompozitlərin xassələri, müxtəlif sintez üsulları, ekologiyada tətbiq sahələrinə dair məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb.
Sonra məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırıb. Müzakirələrdə seminar iştirakçıları qrafen oksidi əsasında kompozitlərin strukturunun formalaşması və adsorbent kimi istifadəsi ilə bağlı məsələlərə toxunublar. Bu quruluşların istehsalının və tətbiqinin tibb, ekologiya və elektronika sahələrinin  inkişafına ciddi təsir göstərəcəyi qeyd olunub.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026