BDU-da “Qrafen oksid əsaslı nanoansamblların sintezi və tədqiqi” adlı elmi seminar

10/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində elmi seminar keçirilib.

Seminarda BDU-nun Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının doktorantı Elvin İbrahimli “Qrafen oksid əsaslı nanoansamblların sintezi və tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, Şiff əsaslarının qrafen oksidi (GO) ilə əmələ gətirdiyi nanoansambllar π-π örtülmə və ya elektrostatik qüvvələr kimi zəif qarşılıqlı təsirlər vasitəsilə qrafen oksidi və Şiff əsaslarından sintez edilmiş hibrid materiallardır. Sintez prosesi qrafitin oksidləşdirilməsi yolu ilə qrafen oksidinin hazırlanmasını, daha sonra isə aldehid və amin reaksiyalarından əldə edilən Şiff əsaslarının qeyri-kovalent qarşılıqlı təsirlər vasitəsilə GO səthinə daxil edilməsini əhatə edir. Bu yanaşma hər iki komponentin struktur və xassələrinin qorunmasına imkan yaradır.

Diqqətə çatdırılıb ki, aparılan tədqiqatlar nanoansamblların kimyəvi, elektron və katalitik xüsusiyyətlərinin təkmilləşdirilməsinə yönəlib. Qeyri-kovalent əlaqə ilə bağlanma materialların çevik və tənzimlənən olmasına şərait yaradır və geri çevrilən qarşılıqlı təsirlərə imkan verir. Bu cür materialların kataliz, sensor texnologiyaları və ətraf mühitin bərpası kimi sahələrdə tətbiqi perspektivli hesab olunur. Burada qrafen oksidinin yüksək səth sahəsi ilə Şiff əsaslarının funksional qruplarının birləşməsi seçici və səmərəli nəticələrin əldə edilməsinə imkan yaradır.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Xəbərlər

BDU-da elmi seminar: “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması”

BDU-da elmi seminar: “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması”
23/04/2026

BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin xor kollektivinin konserti

BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin xor kollektivinin konserti
23/04/2026

BDU-da "Tələbə həyatında dəri sağlamlığı" adlı infosessiya

BDU-da "Tələbə həyatında dəri sağlamlığı” adlı infosessiya
22/04/2026